ASR Development Consulting Group

Other
About company

ASR Development Consulting Group bizneslərin dayanıqlı inkişafına dəstək göstərən professional consulting şirkətidir. Fəaliyyətimiz müştərilərin ehtiyaclarını dərindən analiz etməyə, onlara uyğun strateji həllər hazırlamağa və praktiki nəticələr əldə etməyə yönəlib. Bizim məqsədimiz yalnız məsləhət vermək deyil, həm də əməkdaşlıq etdiyimiz şirkətlərin inkişaf yolunda etibarlı tərəfdaşı olmaqdır.
ASR Development Consulting Group MMC 2009-cu ilin aprel ayında təsis edilib və təşkilati idarəetmə, özəl sektorun inkişafı, təlim və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərir. İllər ərzində dövlət qurumlarına, beynəlxalq təşkilatlara və özəl sektora yüksək keyfiyyətli konsaltinq, təlim və tədqiqat xidmətləri təqdim edərək etibarlı tərəfdaş imicini qazanıb.
Fəaliyyət sahələrimiz:

  • Biznes və strateji inkişaf – bazar təhlili, inkişaf planlarının hazırlanması
  • Müştəri və tərəfdaşlıq əlaqələri – yeni əməkdaşlıqların qurulması və idarə olunması
  • Satış və marketinq dəstəyi – effektiv satış modellərinin tətbiqi, müştəri cəlbi
  • Layihə və proses idarəçiliyi – biznes proseslərinin optimallaşdırılması

ASR komandası olaraq biz yenilikçi yanaşma, dəqiq analiz və nəticəyönümlü strategiyalarla seçilirik.