About company
Assist Group müəssisələrin qurulması, idarə edilməsi və auditinin aparılması, təchizat, strategiyanın hazırlanması, marketinq və satışın təşkili üzrə xidmətlər göstərən şirkətdir.
Assist Group müəssisələrin iş proseslərinin sistemləşdirilməsinə, fəaliyyətinə nəzarətin gücləndirilməsinə və inkişafına dəstək verir.
Qrupun məqsədi fərqli sahələrdə fəaliyyət göstərən müəssisələr üçün kompleks həllər təqdim edərək həm tibbi, həm texniki, həm də idarəetmə səviyyəsində keyfiyyət və etibarlılığı təmin etməkdir.
Tərkibimizdə dörd müəssisə var: Alliance Clinic (ambulator tibb), Bakı Bərpa Mərkəzi (reabilitasiya), Sanidez MMC (sanitariya) və Alliance Facility Management (texniki xidmət).
Hər biri öz sahəsində müstəqil işləyir. Keyfiyyətə nəzarət, idarəetmə standartları və audit isə qrup səviyyəsində aparılır: buna görə fərqli müəssisələrdə eyni yanaşma işləyir.