Azcargo Logistics and Management Services

Air Freight & Logistics
About company

«Azcargo Logistics and Management Services» MMC 2013-cü ildən etibarən Bakıda və respublikamızın digər bölgələrində logistika xidmətləri göstərir və bu illər ərzində qazandığı müştəri məmnuniyyətini və etibarlı köməkçi nüfuzunu həmişə qoruyur. Biz çalışırıq ki, bizimlə işləmək həmişə sərfəli və rahat olsun. Buna görə də, biz mütəmadi olaraq öz fəaliyyət sahələrimizi genişləndirir və xidmət servizlərimizi inkişaf etdiririk.

Dəqiqlik – şirkətimizin əsas devizlərindən biridir. Müştərilərimizin yüklərinin vaxtında və təhlükəsiz ünvana çatdirilmasından tam əmin olmaları məqsədi ilə biz ən xırda nüansları da nəzərə almışıq. Beləki, avtoparkımızın bütün avtomobilləri GPS trekerləri ilə təhciz olunub. Bu isə daşınma prosesinə tam nəzarəti təmin edir.

Şirkətimiz zəng vərkəzinə müraciətlərin rahatlığını təmin etmək məqsədi ilə 2013-cü ildən etibarən 188 qısa nömrəsini müştərilərinin istifadəsinə vermişdir.