About company

Sizi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim-şagird kollektivi adından salamlayır, Bizi seçdiyiniz, Bizə güvəndiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən,   ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir. 

MTK 2001-ci il sentyabr ayının 1-də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı ilə açılmışdır. Kompleksin peşəkar heyəti olaraq açılış mərasimində Ulu öndərin təhsil, məktəb, müəllim haqqında dediyi sözləri, verdiyi tövsiyələri əsas tutaraq bu məsuliyyəti öz üzərimizə götürürük. Əsas vəzifəmizin bizə əmanət etdiyiniz ən əziz və dəyərli saydığınız varlığın - uşaqların, gənc nəslin dövrün, cəmiyyətin tələbinə uyğun olaraq düzgün tərbiyəsindən, azərbaycanlı mənliyini, azərbaycançılıq ideyalarını özündə birləşdirən hərtərəfli inkişaf etmiş, layiqli övlad olmasından qürur duyduğunu hər yerdə müxtəlif dillərdə bəyan edə biləcək bir nəslin yetişdirilməsindən ibarət olduğunu bilirik.