About company

“Bakstone” istehsalçı şirkət kimi 2014-cü ildən fəaliyyətə başlayıb. İlk olaraq suvaqsız hörgü daşlarının istehsalı və satışı ilə məşğul olan şirkət, zaman keçdikcə fəaliyyətini daha da genişləndirmiş və qısa müddət ərzində təmir-tikinti sektorunda qabaqcıl yerlərdən birini tutmuşdur. “Bakstone”nun istehsalatında kərpiclər, hörgü daşları, divar daşları ön plandadır və istehsal etdiyi məhsulların ölkə bazarında keyfiyyətinə görə xüsusi yeri var.

Sözsüz ki, şirkət öz tikililərində də istehsal etdiyi məhsullara üstünlük verir. Bu məhsullar isə Avropanın istehsalatı ilə qabaqcıl ölkələrindən olan Almaniya texnologiyası ilə hazırlanır. Hazırda “Bakstone” fərdi yaşayış sahələri daxil olmaqla, iri obyektlərin və dövlət-strateji obyektlərinin təmir-tikinti işləri ilə də məşğuldur.