Umico (Competo MMC)

Specialty Retail
  • Address AZ1025, Azərbaycan, Bakı şəhəri, Üzeyir Həcibəyov küçəsi 57, Azinko yaşayış və ofis binası,3-ci m.
  • Phone number (+99412) 599 84 55
  • Website https://umico.az/
About company

Birmarket Azərbaycanda lider olan çoxkateqoriyalı üçüncü tərəf (3P) e-ticarət platformasıdır.

2018-ci ildən fəaliyyət göstərən platforma milyonlarla istifadəçiyə onlayn xidmətlər təqdim edir, onların rahat və səmərəli alış-veriş etməsinə imkan yaradır.

Birmarket, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistem-in tərkib hissəsidir və onun digər iştirakçıları ilə sıx inteqrasiyada olan platforma texnoloji uyğunluğu təmin edir, yeni funksiyaların tətbiqini sürətləndirir. 

Bizim komandanın üzvü olmağın üstünlükləri: 

  • Peşəkar inkişaf imkanları; 
  • Karyera yolunda yüksəliş; 
  • Dinamik və peşəkar komandanın üzvü olmaq;
  • İş-həyat balansının qorunması; 
  • Müasir standartlara cavab verən ofis mühiti. 

Siz də Birmarket komandasına qoşularaq bizimlə bir addımlayın!

Şirkətdəki mühit

Birmarket-də işləməyə dəyər!

  • Trendləri biz müəyyən edirik

Birmarket sadəcə Azərbaycanın ən böyük e-ticarət platforması deyil, həm də bazarı dəyişən innovativ layihədir. Biz milyonlarla insanın istifadə etdiyi rəqəmsal platforma, fərqli ideyaların, çevikliyin və adaptasiya qabiliyyətinin qiymətləndirildiyi dinamik mühit təmin edirik.

  • Karyera yolunda inkişaf təklif edirik

Əməkdaşlarımız şirkətimizin ən dəyərli aktividir. Birmarket-də siz tədris proqramlarına, kurslara və peşəkar inkişaf imkanlarına çıxış əldə edəcəksiniz. Biz təşəbbüskarlığı dəstəkləyirik və iddialı layihələrin reallaşdırılmasına şərait yaradırıq.

  • Korporativ mədəniyyətimizlə ilham oluruq

Birmarket-də biz şəffaflığı, yaradıcılığı və komanda işini yüksək qiymətləndiririk. Burada hər kəs öz töhfəsini və gördüyü işin əhəmiyyətini hiss edə bilər. Biz əməkdaşlıq mədəniyyətini inkişaf etdirərək birlikdə yüksək nəticələr əldə edirik.

  • Müasir texnologiyalar və innovasiyalar tətbiq edirik

Bizim komandada qabaqcıl texnologiyalar və analitik alətlərdən istifadə edə biləcəksiniz. Biz ağıllı həllərdən istifadə edir və daim prosesləri təkmilləşdiririk. Burada maraqlı çağırışlar və layihələr sizi gözləyir.

  • Rəqabətədavamlı şərtlər və rahatlıq yaradırıq

Birmarket rəqabətədavamlı əməkhaqqı, rahat ofis şəraiti və imtiyazlar təklif edir. Biz əməkdaşlarımızın rifahına qayğı göstərir, məhsuldar və rahat əmək şəraiti yaradırıq.

Əgər siz də Azərbaycanın lider e-ticarət platforması ilə uğurlu gələcək qurmaq istəyirsinizsə, bizə qoşulun! Yeriniz Birmarket-də görünür.