About company

Blue Planet Distribution şirkəti Azərbaycan ərazisində idman, dəbli geyim və zinyət əşyaları brendləri üzrə aparıcı partnyorlardan biridir. Şirkət Paşa Holdinqin tərkibinə daxildir. Fəaliyyət göstərdiyimiz sahədə dərin biliklər və müştərilərə müstəsna xidmət bizi fərqləndirərək daha da inkişaf etdirir.

Bu gün Blue Planet şirkəti idman sahəsində Go Sport, Courir, Skechers və Nike brendlərinin Azərbaycanda rəsmi brend partnyorudur. Pərakəndə sektorundan dərin məlumatlılıq, istehlakçı vərdişlərinin, davranışlarının dayanmadan öyrənilməsi sayəsində Blue Planet fəaliyyət sahəsini genişləndirərək dəbli geyim və zinyət əşyaları sektorunda da Celine, Brunello Cucinelli, Tiffany, Bvlgari, Dolce&Gabbana, Valentino kimi brendlərin Azərbaycanda rəsmi partnyoru olmağı bacarmışdır. 2021-ci ildə isə Blue Planet Nine West brendi ilə rəsmi əməkdaşlığa uğurla imza atmışdır.