About company
"Crystal Accfin" MMC — 2019-cu ildə maliyyə və mühasibatlıq sahəsində 18 ildən artıq təcrübəyə malik, ACCA və PMS sertifikasiyalarına sahib Rauf Yusifov tərəfindən peşəkar mühasiblərdən ibarət komanda ilə yaradılmışdır. Hazırda şirkətimiz tikinti, istehsal, kənd təsərrüfatı və xidmət sektorları daxil olmaqla, 40-dan çox yerli və xarici şirkətin maliyyə və mühasibatlıq sahəsindəki işlərinin aparılması üzrə uğurla əməkdaşlıq edir.
Bizim missiyamız — bizneslərə şəffaf, dəqiq və müasir rəqəmsal uçot sistemləri quraraq, onların maliyyə risklərini minimuma endirmək və davamlı böyümələrinə dəstək olmaqdır. Vizyonumuz isə qabaqcıl beynəlxalq standartları (BMHS) və yerli qanunvericiliyi mükəmməl şəkildə tətbiq etməklə, Azərbaycanda biznes konsaltinqi və peşəkar kadr hazırlığı sahəsində ən etibarlı brendə çevrilməkdir.
Biz, həmçinin nəzdində fəaliyyət göstərən "Crystal Academy" vasitəsilə mühasibatlıq sahəsində kadr potensialını inkişaf etdirir və gənc mütəxəssislər üçün peşəkar təcrübə proqramları təqdim edirik.
"Crystal Accfin" MMC həm tərəfdaşlıq etdiyi müştəriləri, həm də komandasına yeni qoşulan əməkdaşları üçün şəffaflıq, etibarlılıq və peşəkar inkişaf mühiti təmin edir.