McDonald’s Azerbaijan

Hotels, Restaurants & Leisure
About company

Hələ 1954-cü ildə Rey Krok adlı bir nəfər Kaliforniyada kiçik bir burger restoranı açdı və tariximizin ilk səhifəsini yazdı. Kiçik bir restoran ilə başlayaraq 100-dən çox ölkədə 36.000-dən çox restoranı olan, dünyanın qabaqcıl ictimai iaşə brendlərindən birinə çevrilməyimiz ilə qürur duyuruq.

Əvvəldən etibarən doğru olanı etməyə qərarlıyıq. Hər gün, dünyanın hər yerində insan resurslarımızdan, proseslərdən və üsullardan düşünülmüş şəkildə faydalanaraq yeməkləri daha keyfiyyətli etmək, təchizatçı seçiminə daha məsuliyyətli yanaşmaq, cəmiyyətə daha böyük dəstək vermək və ətraf mühiti daha yaxşı etmək üçün çalışırıq. “McDonald's”ın dəyərlərinə uyğun olaraq vəziyyəti daha yaxşısına doğru dəyişməyə nail olmaq istəyirik və bu hədəfə çatmağın yollarını özümüz üçün müəyyən etmişik.