Novo Nordisk

Healthcare
About company

Biz əsası 1923-cü ildə qoyulmuş və mənzil qərargahı Danimarkanın Kopenhagen şəhərinin yaxınlığında yerləşən qlobal səhiyyə şirkətiyik.

Məqsədimiz diabeti və piylənməni və nadir qan və endokrin xəstəlikləri kimi digər ciddi xroniki xəstəlikləri məğlub emtək üçün dəyişikliklərin təşəbbüskarı olmaqdan ibarətdir.

Biz bunu elmdə inqilabi irəliləyişləri təşviq edərək, dərman preparatlarımıza çıxışı genişləndirərək və müalicə etdiyimiz xəstəliklərin qarşısını almaq və nəyahət onları tamamilə sağaltmaq üçün işləyərək edirik.

Bizim dünya üzrə fəaliyyət göstərən 80 nümayəndəliyimizdə 45000 nəfər işçimiz var və biz 169 ölkədə məhsullarımızı bazara çıxarırıq.

Təxminən 100 il ərzində biz ciddi xroniki xəstəliklə yaşayan insanların ehtiyaclarını misilsiz innovativ dərman preparatları və insulin vurmaq üçün qələmlər kimi yeritmə sistemləri ilə qarşılayırıq. 

Bu gün bizim müalicələrdən diabet, piylənmə, və nadir qan və endokrin xəstəlikləri olan milyonlarla insan faydalanır. 

Laboratoriyalarımızdan başlayaraq fabrikalarımıza qədər biz innovativ bioloji dərmanları hazırlayır və onları dünya miqyasında xəstələr üçün əlçatan edirik.