About company
Öz fəaliyyətinə 2016-cı ildə başlamış “Qafqaz İndustrial Elektronik” MMC elektron cihaz və avadanlıqların təmirini yüksək səviyyədə həyata keçirən, bu sahədə Azərbaycan bazarında əhəmiyyətli paya malik olan aparıcı şirkətlərdən biridir. Şirkətimiz sənaye, istehsalat, neft-qaz, telekommunikasiya, tibb, təhlükəsizlik, havalandırma və bir çox sair sahələrdə müştərilərinə marka, model fərqi olmadan bütün növ elektron cihazların təmir və servis xidmətlərini, həmçinin sənaye avtomatlaşdırması üzrə proseslərin və idarəetmə sistemlərinin lahiyələndirilməsi, qurulması və optimalaşdırılması həllərini təklif edir.
Ölkəmizdə fəaliyyət göstərən bir çox müəssisələr, zavodlar və s. təşkilatlar zaman-zaman istismarında nasaz vəziyyətdə olan avadanlıqları təmir üçün xarici ölkələrə göndərmək və ya xaricdən mütəxəssis cəlb etmək məcburiyyətində qalırdılar. Bu da öz növbəsində onlar üçün vaxt və maliyyə itgilərinə, işlərində ləngimələrə səbəb olurdu. Şirkətimizin son texnologiyalarla təchiz olunmuş servis mərkəzi, peşəkar mühəndislərdən ibarət işçi heyəti müştərilərimizin qarşısında yara bilən ən mürəkkəb problemləri operativ və keyfiyyətli həll etməklə yanaşı onları lüzumsuz xərclərdən , xarici təchizatçıların asılılığından və sair risklərdən azad etmiş olur.
Hədəfimiz müştərilərimizə kefiyyətli xidmətlər təqdim etməklə yanaşı onlara üstünlük qazandıraraq rəqiblərindən bir addım öndə tutmaqdır!