About company
2021 ci ildən istehsal olunan Ünvanı türkan qəsəbəsi olan çiçək bulaq suyunun mənbəyi artezian suyudur.
Bu illər ərzində şirkət inkişaf edərək böyümüş, istehsal etdiyi məhsulların keyfiyyəni hər zaman nəzarətdə və diqqətdə saxlayaraq içməli su istehsalı bazarında öz sözünü demiş şirkətlərdən birinə çevrilmişdir. Zavod ən son müasir avadanlıqlarla təchiz olunmuşdur. İstehsal müəssisəsində avtomatlaşdırılmış 5 xət mövcuddur.
İstehsal gücü saatda 12 ton olan əks osmoss sistemi,qum, kömür, ultrabənövşəyi süalar (5 ədəd mövcuddur hər xətt üçün), dolomid mineral aparatları ( hər xətt üçün) və digər müxtəlif mexaniki filtirlər. Bununla yanaşı PET qablar üçün şişirmə, dolum və qapaqlama, etiket, tarix kodlama və paketləmə avadanlıqları mövcuddur Həmçinin zavod 19 litrlik polikorbonat qablar üçün yuma (dezinfeksiya) aparatı və buxar (dezinfeksiya )aparatı ilə təhciz olunmuşdur.
"Çiçək bulaq" suyunun üstünlüyü onun codluq göstəricilərinin aşağı olması, yəni yüngül su olmasıdır. Sularımız İSO sertifikatı ilə istehsal olunur və bütün standartlara cavab verir. Bu gün çiçək bulaq sularının bazarda fərqlənməsinin bir səbəbi də tam minerallarla zəngin olmasıdır. Bütün məhsullar tam avtomatlaşdırılmış şəkildə, insan əli dəymədən istehsal olunur.