About company
Azərbaycanın ağıllı yüksək texnoloji məhsullar istehsal edən brendi olan “RD SMART”, müasir elmi nailiyyətlərə əsaslanan innovativ məhsulların istehsalı üzrə ixtisaslaşmışdır. Gələcəyin qabaqcıl texnologiya şirkəti olmaq məqsədi ilə işləyən “RD SMART”, ən son innovativ texnologiyaları tətbiq etməyə, yeni nəsil enerji və texnologiya həlləri hazırlamağa davam edir. “RD Smart” əlavə olaraq ölkəmizin yüksək potensiala sahib olduğu sahələrdən bir olan günəş enerjisi sahəsində araşdırma və investisiya planlarını həyata keçirir. Enerji resurslarından səmərəli istifadə edilməsi eyni zamanda ölkə iqtisadiyyatının dayanıqlı inkişafına dəstək, məhsulların ixrac potensialının artırılması, ətraf mühitin və enerji ehtiyatlarının qorunması, “Made in Azerbaijan” brendi ilə innovativ texnologiyaların hazırlanması və bu brend ilə beynəlxalq arenalara çıxmaq “RD SMART”-ın əsas hədəflərindəndir