Təhsildə İnnovativ Texnologiyalar

Education , Diversified Consumer Services , Education Services
About company

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi 2012-ci ildə təsis edilib. Bizim şüarımız kadr potensialının gücləndirilməsi vasitəsilə təhsilin transformasiyası və inkişafıdır.

ITE əlavə təhsil mərkəzi təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olur.

Tədris prosesində tamamilə yeni yanaşmalar tətbiq etməyə hədəflənmiş əlavə təhsil mərkəzi olaraq təhsil, informasiya texnologiyaları və iqtisadi inkişaf sahələrində fəaliyyət göstəririk. Əsas prinsiplərimiz əhatəli yanaşma, beynəlxalq təcrübə və səmərəli tərəfdaşlığı cari fəaliyyətimizdə tətbiq etməkdir. Hədəfimiz etibarlı bilik və innovasiya mərkəzi, ekspert, peşəkar məsləhətçi və şəffaf tərəfdaş olmaqdır. ITE əlavə təhsil mərkəzi icra etdiyi proqramların əsas benefisiarı olan təhsil verənlərin peşəkar inkişafına böyük əhəmiyyət verir və qarşılıqlı faydalı əməkdaşlığı olduqca zəruri sayır.

Fəaliyyətə başladığı andan ITE əlavə təhsil mərkəzi səmərəli beynəlxalq əməkdaşlıq təcrübəsindən və ekspertlər şəbəkəsindən faydalanaraq təhsil sahəsində öz həllərini təqdim edir.