О компании
”ADENTTA” şirkəti 2019-cu ildə Azərbaycan respublikası Bakı şəhərində öz fəaliyyətinə başlamışdır. Yarandığımız gündən bəri, ümümi stomatologiya, xüsusilə də implantologiyada keyfiyyətli və innovativ məhsulların idxalı və satışı ilə məşğuluq. Şirkətimiz stomatologiya sahəsində öz sözünü demiş firmalar ilə əməkdaşlıq edir.
Ortodontiya, Endodontiya, Implantologiya ,Paradontologiya, Ortopedik stomatologiya üzrə yüksək keyfiyyətli məhsulların satışı və bu sahədə yüksək səviyyədə xidmət göstərmək ilə yanaşı, həm də həkimlərimizin maarifləndirilməsi istiqamətində təlimlər, konfranslar, kurslar təşkil etmək əsas missiyamızdır. Biz artıq İtaliya, Almaniya, İsveçrə, Malta, İsrail, BƏƏ, Cənubi Koreya kimi ölkələrdə həkimlərimizin iştirakı ilə tədbirlərin və elmi konfransların təşkilatçılığını həyata keçirmişik. Bu kimi tədbirlərin gələcəkdə də olması üçün əlimizdən gələni edirik.