О компании

Biz Sizə şəhərin səs küyündən uzaq,təmiz hava və füsunkar dəniz mənzərəsinə malik, nəinki Azərbaycanda, eləcə də yaxın Qafqazda özünə məxsus yeri olan, yerli və xarici turistlərin sevimli ailəvi istirahət məkanı o lan “AF Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzini təqdim edirik. İstirahət Mərkəzi Bakı şəhəri Novxanı qəsəbəsində müalicəvi mineral duzlara malik Xəzər dənizi sahilində, yerləşir. Yüksək və qüsursuz xidmət , peşəkar və gülərüz personal, Xəzər dənizi sahili boyunca uzanan rahat çimərlik zonası, milli, şərq və avropa mətbəxinin dadlı təamlarını təqdim edən restoran,kafe və barlar, Aqua Park macəraları və sakitləşdirici musiqi ritmləri sizin istirahətinizi unudulmaz edəcək.