О компании
AGZ şirkəti GEZE GmbH (Almaniya)-nın rəsmi partnyorudur və eyni zamanda Novoferm GmbH (Almaniya) şirkətinin rəsmi distribyutorudur.
GEZE GmbH 1863-cü ildə Almaniyanın Ştutqard şəhərində təsis edilib. Bu gün GEZE – qapı və pəncərə avtomatlaşdırılması, aksesuarlar, eləcə də təhlükəsizlik sistemlərinin istehsalı üzrə dünya lideridir. Şirkətin inkişafının əsas istiqamətləri aşağıdakılardır:
- Avtomatik qapı (sürməli, qatlama, fırlanan avtomatik qapılar)
- Geniş istifadə əhatəli və dizayn üslubuna uyğun olan qapı bağlayıcıları
- Avtomatik pəncərə sistemləri (hidravlik, zəncirvari pəncərə bağlayıcıları)
- Təbii havalandırma və tüstüsovurma üçün nəzarət sistemi
- Təhlükəsizlik sistemi (elektromexanik və elektromagnit kilidlər, keçid-nəzarət və həyəcan/təxliyə sistemləri və s.)