О компании
AquaLink Azərbaycan şirkəti ölkəmizdə su mühəndisliyi, o cümlədən su və çirkab su təmizliyi və su sistemlərinin istehsalı, qurulması və istismarı sahəsində fəaliyyət göstərməkdədir. Şirkətimiz dünyanın fiziki və kimyəvi su təmizləmə sahəsində ixtisaslaşmış bir çox müəssisəsinin Azərbaycan nümayəndəliyini həyata keçirir.
Şirkətimizin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
Peşəkar su mühəndisliyi, o cümlədən:
- İçməli su sistemləri;
- Texniki su hazırlanması;
- Tullantı (çirkab) su sistemləri;
- Su kimyəvi vasitələrinin təchizatı;
- Su təmizləmə sistemlərinin layihələndirilməsi və məsləhət xidmətləri;
- Su sistemlərinin və su anbarlarının kimyəvi yuma xidmətləri (flushing);
- Su filtrasiya sistemlərinin təmir və işə salma xidmətləri;
- Labaratoriya xidmətləri;
- Su filterlərinin təchizatı;
Peşəkar avtomatika mühəndisliyi, o cümlədən:
- Su sistemlərinin avtomatikası;
- Enerjiyə qənaət sistemlərinin avtomatikası;
- Su və enerji sistemlərində rəqəmsal idarəetmə sistemlərinin qurulması.
Aqualink şirkəti su kimyəvi vasitələrinin hazırlanması (istehsalı) sektorunda, o cümlədən içməli su dezinfektantları, qazanxana, soyutma sistemi üçün kimyəvi əlavələr, səth dezinfektantları və CİP təmizliyi sahəsində uzun illik təcrübəsi olan bir müəssisədir