О компании
“ARGS Holding” tikinti şirkəti olmaqla yanaşı, müxtəlif bazar seqmentlərində təmsil olunaraq, memarlıq, daşınmaz əmlak, beton və şüşə istehsalı ilə məşğul olur. Şirkət unikal imkanları hesabına müştərilər, işçilər və ictimaiyyət üçün fərq yaradan yeni texnologiyalar və yüksək keyfiyyəti özündə birləşdirərək iri miqyaslı layihələri həyata keçirməklə tanınmışdır. Şirkət təkcə Azərbaycanda deyil, xaricdə də bir sıra önəmli layihələrə imza atmışdır. Biz şəhərin ən yaxşı ərazilərində “Premium” və “De Lüks” sinifli yaşayış kompleksləri, müxtəlif idman kompleksləri inşa etmiş və bir sıra dövlət layihələrini uğurla icra etmişik.