О компании

Əsası 2003-cü ildə “AS İnşaat” MMC ilə qoyulan, tədricən fəaliyyət istiqamətlərini genişləndirərək 2011-ci ildən  “AS Qrup İnvestment” MMC adı ilə vahid çətir altında birləşən şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, nəqliyyat və  daşımaçılıq, horeca kimi biznes sahələrini əhatələndirir. Fəaliyyəti ərzində şirkət istər ölkədaxilində, istərsə də ölkədən xaricdə bir sıra iri dövlət və kommersiya layihələrini həyata keçirib. “AS Qrup İnvestment” icra etdiyi layihələri konsepsiyasından başlayaraq tam təhvil verilmə mərhələsinə kimi öz törəmə şirkətlərinin dəstəyilə həyata keçirir. Şirkət həmçinin özünün Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində həyata keçirdiyi layihələrilə cəmiyyətin inkişafına, əhalinin sosial rifahının yaxılaşdırılmasına dəstək olmağa çalışır.