О компании

Azecolab 2000-ci ildə əsası qoyulmuş, ISO 17025  akkreditasiyalı laboratoriya və ISO 9001 sertifikatına malik , yerli və beynəlxalq şirkətlər üçün müxtəlif laboratoriya xidmətlərini həyata keçirir.

Nəticələrimizin etibarlı və beynəlxalq səviyyədə qəbul olunmasının bir neçə səbəbi var:

  • Qlobal etibarlı akkreditasiya orqanı tərəfindən akkreditasiya (TÜRKAK – EA, IAF və ILAC-ın tam üzvüdür);
  • Azərbaycanda və regionda ən zəngin beynəlxalq akkreditasiya sahəsi;
  • təcrübəli laboratoriya heyəti;
  • beynəlxalq qəbul edilmiş metodlara əsasən xidmətlərin icrası;
  • mükəmməl yetərlilik test nəticələri;
  • beynəlxalq laboratoriya təchizatçıları ilə uzunmüddətli müqavilələrimiz olduğu üçün laboratoriya xidmətlərinin davamlılığı.