Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti

Government
  • Address Bakı, Xətai, Məzahir Rüstəmov 35
  • Номер телефона 012 570 92 50
О компании

Azərsığorta Dövlət Sığorta Şirkəti ilk dəfə 1921-ci ilin oktyabrın 21-də Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb. Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən Dövlət Sığorta Şirkəti respublika üzrə geniş filial şəbəkəsinə malikdir. 9 milyon manat nizamnamə kapitalına malik olan “Azərsığorta” dinamik inkişaf edən şirkət olmaqla hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş qeyri-həyat sinfinə aid olan bütün növ məhsulları təqdim edir. İcbari Sığorta Bürosunun və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü və aktiv iştirakçısıdır.