О компании
"Azərbaycan Kardiologiya Cəmiyyəti 2009-cu ildə yaradılmışdır və Avropa Kardiologiya Cəmiyyəti-nin həqiqi üzvüdür. Cəmiyyətin əsas məqsədi dünyada kardiologiya sahəsində baş verən yenilikləri və innovasiyaları həkimlər üçün əlçatan etmək, həmçinin ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinin inkişafına töhfə verməkdir.
Cəmiyyət kardioloqları, tədqiqatçıları və digər tibb mütəxəssislərini bir araya gətirən peşəkar təşkilat olaraq fəaliyyət göstərir və aşağıdakı əsas prinsipləri rəhbər tutur:
- elmi yanaşma və innovasiya
- peşəkar əməkdaşlıq
- bilik və təcrübə mübadiləsi
- tibbi etikaya və beynəlxalq standartlara sadiqlik
- cəmiyyət sağlamlığının qorunmasına töhfə
- gənc mütəxəssislərin inkişafına dəstək."