О компании

Azercell fəaliyyətə başladığı 1996-cı ildən etibarən Azərbaycanın mobil kommunikasiya sektorunda yeni səhifə açmışdır. Azərbaycanın ən böyük mobil operatoru olan Azercell həmçinin ölkənin qeyri-neft sektorundakı ən böyük vergi ödəyicisidir. Azercell olaraq daim özümüzü inkişaf etdirməyə inanmışıq, buna görə də dünyanın ən qabaqcıl şəbəkə sistemlərindən olan 5G şəbəkəsinin pilot layihəsini Azərbaycanda ilk dəfə biz öz abunəçilərimizə təqdim edirik.