О компании
Azerfon — şirkət Azərbaycan ərazisində mobil rabitə xidmətlərini göstərmək üçün 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziya ilə təmin edilmişdir. Azerfon şirkəti 2007-ci ilin mart ayında qeydiyyatdan keçmiş ticarət nişanı olan "Nar Mobile" brendi ilə kommersiya fəaliyyətinə başlamışdır. Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi 2009-cu ildə imzalanmışdır. Azərbaycanda ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlamış, və yeni Azerfon-Vodafone brendini təqdim etmişdir.
Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80%-ni əhatə edir. Hal-hazırda Azerfon şəbəkəsindən 2 milyona yaxın abunəçi istifadə edir. Təqdim edilən ticarət nişanları Azərbaycan telekommunikasiya texnologiyaları sahəsinin inkişafında özünəməxsus rolu olan və ölkədə mobil texnologiyalarının son nailiyyətlərinin tətbiq edən ticarət nişanı kimi tanınırlar.