О компании
2010-cu ildə "AzQtel" MMC şirkəti tərəfindən yaradılmış SAZZ əmtəə nişanı Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur.
2005-ci ildə rəsmi qeydiyyatdan keçən "AzQtel" şirkəti 2008-ci ildən etibarən Azərbaycanda ilk genişzolaqlı simsiz İnternet xidməti göstərməyə başlayıb. SAZZ 4G Şəbəkəsi IEEE 802.16e-2005 standartlarında 3,5-3,6 Ghz tezlik diapazonunda işləyir.
2009-cu ildə "AzQtel" şirkəti telekommunikasiya avadanlıqlarını istehsal edən transmilli ZTE şirkəti ilə müqavilə bağlayaraq ümumdünya şəbəkəsinə genişzolaqlı simsiz girişi təmin edən cihazları Azərbayacana gətirib.