О компании
Sahibkarların İnformasiya Mərkəzi (AZSİM) 24 dekabr 2025-ci il tarixində təsis edilmiş biznes yönümlü media platformasıdır. Platforma sahibkarların, korporativ şirkətlərin, investorların və biznes mühitində fəaliyyət göstərən şəxslərin etibarlı informasiya mənbəyinə çıxışını təmin etmək məqsədilə yaradılmışdır.
AZSİM fəaliyyətini www.azsim.az platforması üzərindən həyata keçirərək yerli və beynəlxalq biznes xəbərlərinin operativ şəkildə paylaşılması, sahibkarların maarifləndirilməsi və Azərbaycan biznes mühitinin inkişafına dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərir.
Platformada biznes və iqtisadiyyat xəbərləri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən korporativ şirkətlərin sektorlar üzrə kataloqu, vakansiya bölməsi, investisiya imkanları, yerli və xarici sərgi və tədbirlər haqqında məlumatlar, eləcə də ekspert rəyləri, müsahibələr və analitik məqalələr yerləşdirilir.
AZSİM-in əsas məqsədi sahibkarlar üçün faydalı, etibarlı və praktik informasiya platforması formalaşdırmaq, dövlət və özəl sektor arasında informasiya körpüsü yaratmaq və biznes ekosisteminin inkişafına töhfə verməkdir.
Missiyamız
- AZSİM-in missiyası sahibkarların və biznes subyektlərinin operativ, etibarlı və faydalı informasiyaya çıxışını təmin etməklə onların inkişafına dəstək olmaqdır.
- Biz Azərbaycanda biznes mühitinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət tərəfindən təqdim olunan imkan və dəstək mexanizmlərinin daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyət göstəririk. Məqsədimiz biznes ictimaiyyəti üçün aktual xəbərlər, analitik məlumatlar, ekspert rəyləri və praktiki informasiyalardan ibarət peşəkar media platforması formalaşdırmaqdır.
- AZSİM sahibkarların informasiya ehtiyaclarını qarşılamaqla yanaşı, biznes əlaqələrinin genişlənməsinə, yeni imkanların tanıdılmasına və sağlam biznes mühitinin inkişafına töhfə verməyi prioritet hesab edir.
Vizyonumuz
- AZSİM-in vizyonu Azərbaycanın aparıcı biznes media platformalarından birinə çevrilmək və sahibkarlar üçün ən etibarlı informasiya mənbələrindən biri olmaqdır.
- Biz gələcəkdə biznes xəbərləri, investisiya imkanları, korporativ məlumat bazası, vakansiyalar və sahibkarların maarifləndirilməsi istiqamətində regionun nüfuzlu rəqəmsal platformalarından birinə çevrilməyi hədəfləyirik.
Dəyərlərimiz
- Etibarlılıq və obyektivlik
- Operativ və dəqiq informasiya
- Peşəkarlıq və məsuliyyət
- Yenilikçilik və inkişaf yönümlülük
- Maarifləndirmə və ictimai fayda prinsipi