О компании
BMS Global 2005-ci ildə təsis edilmişdir. Şirkət əsasən texnologiya üzrə konsultasiya xidmətlərinin təminatçısı kimi ixtisaslaşıb.
Biz konsaltinq şirkəti kimi işə başlayarkən, sadəcə bir ambisiyamız vardı – müştərilərimizə elə texniki həllər təqdim edək ki, bu onlara bazarda lider mövqeyə gəlməyə imkan yaratsın. Bu məqsədlə, müştərilərimizə beynəlxalq şirkətlərin məhsullarının tətbiq edilməsində illərin təcrübəsindən irəli gələn ən effektiv və praktiki həlləri təklif edirik və onlara öz İT ekosistemlərinin daha yaxşı olması üçün köməklik göstəririk.
Qısa müddət ərzində müştərilərin cari biznes proseslərini təhlil edir və onlara şirkətlərinin gəlirliliyinin artırılması üçün yardım edən, onların biznesdəki üstün tərəflərini inkişaf etdirən, yenilik və inkişaf üçün yeni fürsətlər yaradan və rəqabətdə öndə qalmağa kömək edən konsaltinq xidmətləri təklif edirik.