О компании
2024-cü ildə təsis edilmiş Clean Energy Jabrayil (CEJ) Azərbaycanın dekarbonizasiya hədəflərinə töhfə verməklə yanaşı, qlobal iqlim çağırışlarının həllinə yönəlmiş bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə və davamlı təcrübələrin tətbiqinə xüsusi önəm verir. CEJ günəş enerjisi sahəsində ixtisaslaşaraq enerji səmərəliliyinin artırılması və enerji təchizatının diversifikasiyasında mühüm rol oynayır.
Hökumət və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində CEJ məsuliyyətli investisiya prinsiplərini təşviq edir, milli potensialın inkişafına və bərpa olunan enerji sənayesində qabaqcıl standartların tətbiqinə yönəlir.