О компании
“Depo-vet” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ildə təsis edilmiş və qısa müddət ərzində Azərbaycan Respublikasının baytarlıq sektorunda aparıcı təsərrüfat subyektlərindən birinə çevrilmişdir. Şirkət fəaliyyətini peşəkar komanda ilə həyata keçirərək heyvandarlığın inkişafına, kənd təsərrüfatının səmərəliliyinin artırılmasına və ev heyvanlarının sağlamlığının qorunmasına yönəltmişdir.
Hazırda “Depo-vet” MMC ölkə üzrə geniş satış və xidmət şəbəkəsinə malikdir. Şirkət müasir pərakəndə satış məntəqələri, ixtisaslaşmış baytarlıq apteki və onlayn satış platforması vasitəsilə müştərilərə operativ və əlçatan xidmət təqdim edir. Bununla yanaşı, respublikanın bütün regionlarını əhatə edən topdansatış fəaliyyəti də uğurla həyata keçirilir.
Şirkətin məhsul portfeli 4000-dən artıq adda məhsulu əhatə edir və baytarlıq klinikalarının, apteklərin, eləcə də fərdi təsərrüfatların tələbatını tam şəkildə ödəməyə imkan verir. Fəaliyyət istiqamətləri heyvandarlıq, arıçılıq, quşçuluq, ev heyvanlarına qulluq və qidalanma, eləcə də bitkiçilik sahələrini əhatə edir.
“Depo-vet” MMC yerli istehsalın inkişafına xüsusi önəm verərək yüksək keyfiyyət standartlarına cavab verən məhsulların hazırlanmasını təmin edir. Eyni zamanda, şirkət beynəlxalq səviyyədə tanınmış tərəfdaşlarla əməkdaşlıq edərək qabaqcıl təcrübə və innovativ həllərin ölkə daxilində tətbiqinə töhfə verir.