О компании
“DH Neft Servis Tikinti” QSC istehsalatın müxtəlif sahələrini özündə cəmləşdirən müasir, dinamik inkişaf edən bir şirkətdir. Şirkətimiz öz fəaliyyətində neft sənayesi üzrə müxtəlif növ istehsalat sahələrini əhatə edir, servis xidmətləri göstərir, obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri üzrə hər cür işlərin yerinə yetirməsində müvəffəqiyyətlə çalışır və bu müvəffəqiyyətlərin qazanılmasında yüksək ixtisaslı mütəxəssislərinin bacarığına, təcrübəsinə güvənir.
Fəaliyyətimizin əsas prioritetləri – keyfiyyət, səmərəliliyin artırılması, təhlükəsiz əməyin təmin olunması, ətraf mühütün mühafizəsi.
“DH Neft Servis Tikinti” QSC-nin fəaliyyəti bir neçə istehsal sahəsini əhatə edir ki, onun da əsas sahələrindən biri neft-qaz sənayesidir. Fəaliyyəti dövründə şirkətimiz tərəfindən yeraltı qaz anbarlarının mövcud vəziyyətinin qiymətləndirilməsi və qaz anbarlarının həcminin artırılması imkanlarının öyrənilməsi, qaz quyularının əsaslı təmiri və onların təhlükəsiz istismar olunmasını təmin etmək məqsədilə müvafiq avadanlıqlar ilə təchiz edilməsi, qaz kompressor stansiyalarında istismar olunan kompressor aqreqatlarının təmiri üzrə işlər aparmışdır. “DH Neft Servis Tikinti” MMC neftin və qazın çıxarılması, yığılması, hazırlanması, nəqli istiqamətində müxtəlif layihələrin icrası üzrə mütəxəssislər komandasına malikdir (və ya mütəxəssislərin əməyindən bəhrələnir).