Elit Leasing MMC

Financial services
О компании

 Elit Leasing” MMC (“Təşkilat”) əsas fəaliyyəti yerli fərdi sahibkarlara maliyyə lizinqi xidmətinin göstərilməsi və bu istiqamətdə sahibkarlığın inkişafına dəstək olmaqdır. Təsis edildiyi gündən etibarən Təşkilat tərəfindən həyata keçirilən peşkar və şəffaf fəaliyyətin nəticəsi olaraq yüzlərlə fərdi sahibkarla qarşılıqlı səmərəli əməkdaşlıq qurulmuşdur. Təşkilatın əsas prinsipləri korporativ standartlara cavab verməklə müştərilərə yüksək keyfiyyətli xidmətin göstərilməsi, əməliyyat proseslərinin mümkün qısa zamanda icra olunması və bununla da müştəri məmnuniyyətinin qazanılması, o cümlədən tərəfdaşlarla qarşılıqlı səmərəli əməkdaşılığın qurulması, öhdəliklərin mütləq və dəqiq icrası və təşkilata olan etibarın hər zaman yüksək səviyydə qorunmasına nail olmaqdır.

“Elit Leasing” MMC tanınan brendə malik, yüksək keyfiyyətli xidmətlərin maksimum çeşidini təqdim edən, texnoloji və maliyyə yeniliklərinə açıq, maliyyə bazarında və qanunvericilikdə baş verən dəyişikliklərə operativ reaksiya verən, yerli və xarici maliyyə təşkilatları ilə əməkdaqda maraqlı olan universal və rəqabətədavamlı maliyyə təşkilatıdır.

Müntəzəm təlim və karyera dəstəyi vasitəsilə yüksək ixtisaslı və etibarlı işçiləri cəlb etmək, inkişaf etdirmək və uzunmüddətli əməkdaşlıq etmək, o cümlədən sosial, ekologi və iqtisadi sahələrdə ətraf mühitin mühafizəsi prinsipləri nəzərə alınmaqla yüksək mənfəətliliklə və beynəlxalq maliyyə standartlarına cavab verən şəffaf təşkilat olaraq fəaliyyət göstərməyə çalışırıq.