О компании
1991-ci ildə təsis edilmiş “Eurolux International”, Şərqi Avropa və Mərkəzi Asiyada elektrik və məişət cihazlarının iri istehsalçılarından biridir. “Eurolux” loqosu Almaniyanın Ştutqart şəhərinin yaxınlığındakı Kirçxeym-Tek adlı bölgəsində yaranmışdır. Həmin yerdə şirkət kiçik cihazlar üzrə özünün ilk ticarət xəttini yaratmışdır. 1998-ci ildə Azərbaycan şirkəti ilə birgə müəssisə yaradılmışdır və həmin vaxtdan etibarən şirkət öz üfüqlərini genişləndirərək bütün dünyadan olan istehlakçılara xidmət göstərməyə başlamışdır. Bizim korporativ missiyamız “Eurolux”u məişət cihazlarının istehsalı üzrə dünyaca məşhur brendinə çevirməkdir. Strategiyamızda yeganə dəyişilməz qalacaq şey – “istehlakçılarımız üçün dəyərlərin yaradılmasıdır”. Yaradılmasından sonrakı 25 il ərzində şirkət əsas dəyərlərinə sadiq qalaraq, ənənəvi keyfiyyət standartlarını qoruyub saxlamışdır.
Yarandığı andan “Eurolux” şirkəti hər bir məşğuliyyət sahəsində mükəmməlliyə çatmaq
məqsədini güdür! Biz biznesimizin miqyasını genişləndiririk və eyni zamanda köhnə ticarət xəttlərimizə yenidən baxış keçirib, yeniləyirik. Çünki istehlakçıların keyfiyyətli xidmət və etibarlı məhsullarla təmin edilməsi hər zaman bizim əsas prinsiplərimiz olub. Bu prinsiplər hər bir məhsula vermək istədiyimiz keyfiyyətin maksimal dərəcədə artırılmasına yönəlmişdir.