• Address Cəlil Məmmədquluzadə küçəsi, 102A AZ1078 Azərbaycan, Bakı "City Point" Biznes Mərkəzi
  • Номер телефона +99412 4043140
  • Сайт https://kibrit.tech
О компании

Gəlin tanış olaq! Şirkətimiz Kibrit adlanır. Biz Proqram Təminatı tərtibatçısı və Binanı İdarəetmə sahəsində çalışan sistem inteqratoruq. Tariximiz 2010-cu ildə başlayıb.

İlk layihələrimiz orta biznes üçün İT-infrastrukturun qurulması ilə bağlı idilər. Buna baxmayaraq, bazarda öz unikal yerimizi müəyyən edib tutmaq, o cümlədən yeni üfüqlər açmaq arzusu gənc və təşəbbüskar komandamızı tamamilə müxtəlif istiqamətli və miqyaslı layihələrin həyata keçirilməsinə, personalın ixtisas sahələrinin məqsədyönlü tərzdə genişləndirilməsinə, eksperimental və texnoloji işlərin aparılmasına vadar etdi. Bunların hamısı görülmüş işlər portfoliomuzu genişləndirdi, özümüzün məhsul sırasını formlaşdırdı, xidmətlər siyahımızı müəyyənləşdirdi, eyni zamanda tanınmağımızı da təmin etdi. Lakin, fikrimizcə, nailiyyətlərimiz sırasında ən əhəmiyyətlisi odur ki, hərtərəfli bacarıqlar və iri miqyaslı layihələrin idarə edilməsi sahəsində təcrübə əldə etdik. Məhz bunlar bu gün işimizi tələbat duyulan edir, gələcəyə əminliklə baxmağımıza əsas verir.