О компании
“KSEROKS AZ” MMC əmək bazarında mətbəə, promo məhsulların istehsalı və reklam xidmətləri sahəsində 2015-ci ildən fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən bir çox dövlət və özəl müəssisələrə çap məhsullarının hazırlanması, brendli promo materialların istehsalı, eləcə də reklam və vizual həllərin icrası üzrə kompleks xidmətlər təqdim edir.
KSEROKS AZ peşəkar kadr heyəti və müasir avadanlıqlarla təmin edilmişdir. Müştəri xidmətlərinin keyfiyyətinin daim yüksək olması üçün, müştərilərə təqdim edilən keyfiyyətli və geniş çeşidli hər bir məhsul müasir texnologiyalara cavab verən avadanlıqlarda, keyfiyyətli xammal ilə hazırlanır.
Şirkət müştəri məmnuniyyətini və xidmət əlçatanlığını artırmaq məqsədilə Bakı şəhərində fəaliyyət göstərən 3 filialı ilə xidmət şəbəkəsini davamlı şəkildə genişləndirir.