О компании
SƏBA şirkətlər qrupunun əkinçilik fəaliyyətini özündə birləşdirən Qarabağ Taxıl MMC-nin əsas fəaliyyət növü dənli bitkilərin istehsalıdır.
Bu gün Qarabağ Taxıl Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir.
Dünyada qabaqçıl standartlara cavab verən suvarma sistemləri, müasir maşın və aqreqatlar, istehsal və saxlama zamanı proseslər, yüksək keyfiyyətli toxum, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrini istifadə edərək ildə20 000+ ton taxıl növləri məhsul istehsal edilir. Bunlardan – dənli qarğıdalı, soya paxlası, buğda, arpa.