О компании
“Retail Systems” MMC 2008-ci ildən başlayaraq, Azərbaycanın ticarət obyektlərində EAS avadanlığı quraşdırır. Keçmiş dövr ərzində 500-dən artıq mağazada EAS avadanlığı quraşdırılmış, hazırda isə şirkətimiz tərəfidən 300-dən artıq mağazada bu avadanlığa servis xidmətləri göstərilir. “Retail Systems” MMC mal itkisinin qarşısının alınması sahəsində bazarda qabaqcıl yer tutur. Texniki servis ilə məşğul olan işçilərimiz hər il istehsalçılar tərəfindən sertifikasiya prosedurunu keçir. “Retail Systems” MMC Azərbaycanda Sensormatic və CrossPoint brendlərinin rəsmi təmsilçisidir. Həmçinin Сəmiyyətimiz əsaslı vəsaitlərin və malların müstəqil sayımını və auditini həyata keçirir. Fəaliyyətimiz dövründə sayım sahəsində peşəkarlıq səviyyəmiz daim yüksəlir, müştərilərimizin siyahısı genişlənir. Sayım əməliyyatları prosesində işlənən məlumatların və nəticələrin dəqiqliyinə xüsusi əhəmiyyət veriririk. Məlumatın maksimum dəqiqliyini təmin etmək üçün yeni və mükəmməl metodlarımız mövcuddur.
“Retail Systems” MMC müştərilərimizə təmir-tikinti sahəsində yüksək səviyyəli xidmət göstərir. Bizim məqsədimiz və amalımız müştərilər ilə uzunmüddətli əlaqələr yaratmaq, təmir-tikinti komandamızın üzvlərinin yüksək səriştəsi və görülən işlərin keyfiyyəti sayesində müştərilərin məmnuniyyətini qazanmaqdır. Biz hər bir layihəyə xüsusi diqqətlə yanaşır və çalışırıq ki, müştəri icraçı kimi bizim şirkəti seçməsindən məmnun qalsın.