О компании
RSM Azərbaycan, Azərbaycanda maliyyə yönümlü peşəkar biznes xidmətlərinin təminatçısı kimi müstəqil audit xidməti ilə yanaşı mühasibat uçotu, vergi, biznes məsləhəti, İnsan Resurslarının idarə edilməsi, korporativ idarəetmə, maliyyənin idarəedilməsi, verginin yenidən qurulması, məhkəmə mühasibatı və maliyyə proseslərinin autsorsinq xidmətini həyata keçirir.
RSM Azərbaycan, Beynəlxalq RSM təşkilatının üzvü olaraq Azərbaycanda 2008–ci ildən etibarən fəaliyyət göstərir. Şirkət, Azərbaycanda audit şirkətlərinin reytinqinə əsasən sıralamada 6-cı yeri tutur.
RSM Azərbaycan, Beynəlxalq RSM təşkilatının üzvü olmaqla müştərilərinə biznes ehtiyyaclarının beynəlxalq standartlarda ödənilməsində yardım edir. Dünyanın müstəqil mühasibat təşkilatlarının ən böyük 6-cı şəbəkəsidir.