О компании

STAR Colleges yüksək reytinqli universitetlərə hazırlıq mərkəzidir. Kursumuz xarici universitetlərə və ADA Universitetinə hazırlıq üzrə ixtisaslaşıb. Tələbələrimiz peşəkar yerli və xarici müəllim heyəti ilə beynəlxalq proqramlara hazırlaşır, yüksək nəticələr əldə edir və xarici təhsil mütəxəssislərimizdən Xaricdə Təhsil yollarında hər addımda dəstək alırlar.

Dörd filial ilə fəaliyyət göstərən STAR Colleges-in əsas missiyası gənclərimiz üçün parlaq gələcəyi təmin etmək üçün keyfiyyətli təhsil verməkdir. Ən müasir təhsil yanaşmaları və proqramları ilə gənclərimizin həm intellektual, həm də mənəvi inkişafını dəstəkləyirik. STAR Colleges ailəsi olaraq hər bir tələbəmizin öz potensialını kəşf etməsi və cəmiyyət üçün faydalı bir insan kimi yetişməsi üçün çalışırıq.

Ünvan: 

  • Port Baku filalı - Üzeyir Hacıbəyov 57
  • Statistika filialı - Məhəmməd Naxçıvanı 1, Statistika dairəsi
  • Əhmədli filialı - Məhəmməd Hadi 23G
  • Nərimanov filialı - Təbriz küçəsi 79