О компании
- Hədəfi müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafına yönələn Ultratek MMC şirkəti fəaliyyətə başladığı il 1994-cu ildən məişət texnikası və elektronika bazarında öz layiqli yerini tutmuşdur. Ultratek MMC Arçelik, Arnica və Supra, markalarının rəsmi distribütoru olaraq pərakəndə, topdan və korporativ sahədə fəaliyyət göstərir. Pərakəndə sektorda 2018-ci ilin sonunadək Ultratek MMC-yə məxsus mağazalar Arçelik adı altında fəaliyyət göstərmişdir.
- 2019-cu ildən etibarən mağazaların adı Texnomarta dəyişdirməklə Arçelik, Arnica və Supra markaları ilə yanaşı bir çox dünya markalarının: Samsung, Bosch, Scarlett, İndesit, Tefal, Siemens, Philips, Stinol, Hotpoint Ariston, LG və sair mallarının satışını həyata keçirir. Geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqların həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edilir. Bakıda 5, bölgələrdə isə 28 mağaza olmaqla geniş əraziyə yayılan “Texnomart” sərfəli satış şərtləri ilə hər zaman müştərilərin xidmətindədir.