Toba Bike

Specialty Retail
О компании

Respublikada keyfiyyəti, dizaynı və çeşid müxtəlifliyi ilə ön planda olan yerli velosiped brendi “Toba” ilə yaxından tanış olun.

“Toba” velosipedləri 2021-ci ildən etibarən İsmayıllı velosiped zavodunda istehsal olunur. 60-dan çox velosiped çeşidi olan “Toba” brendi 2 yaşdan yuxarı bütün yaş qrupları üçün nəzərdə tutulmuşdur. Zavodda 40-dan çox yerli sakin işlə təmin olunmuşdur. Bunlardan əlavə işçilərin əksəriyyəti əlillik dərəcəsi olan insanlardır. Məqsəd region əhalisini işlə təmin etmək, Azərbaycan brendini inkişaf etdirmək və gələcəkdə milli brendi xaricə ixrac etməkdir.

“Toba” modellərinin qiymətləri 80 manat- 4500 manat aralığında dəyişir. Mağazada, həmçinin 8000 AZN, 10000 AZN, 16000 AZN məbləğlərində professional yarış velosipedləri də mövcuddur.

Vizyon – Sağlam gələcək yaratmaq və şəhər tıxacını azaltmaqla gündəlik həyatı asanlaşdırmaq, eyni zamanda insanları mühitin ekoloji təmizliyinə təşviq etmək.

Dəyərlərimiz:

Sağlamlıq -  Velosiped sürmək bədəni və zehni gücləndirir, stresi azaldır, ürək-damar sisteminə müsbət təsir göstərir.

Ətraf mühitin mühafizəsi -  Velosipedlər həm istehsalda, həm də istifadədə atmosferə avtomobillərə nisbətən daha az CO2 buraxır.

Əyləncə –  Velosiped sürmək əyləncəli fəaliyyət növüdür, bu zaman xoşbəxt və motivasiyalı olmağımıza yol açan serotonin, dopamin və endorfin kimi hormonlar aktiv şəkildə ifraz olunur.