TOKAZ MMC

Инженерия
О компании

TOKAZ şirkəti  Azərbaycanda elektromobillər üçün şarj stansiyalarının satışı, quraşdırılması və servis xidmətini tam olaraq təşkil edir. Həmçinin ictimai yerlərdə elektrik doldurma məntəqələrinin (EDM) şəbəkəsinin yaradılmasını və TOK mobil tətbiqetməsindən idarə olunmasını həyata keçirir.  Şəbəkəmiz yüksək keyfiyyət və etibarlılıq təmin etmək üçün aparıcı qlobal istehsalçılar tərəfindən hazırlanmış həm sürətli DC doldurma stansiyaları, həm də səmərəli AC stansiyalarına malikdir.

Bütün məhsullarımız TÜV Rheinland, ISO, IEC, SAA nüfuzlu sertifikaları ilə akkreditasiya olunub. Bütün stansiyalarımıza 2 (iki) il zəmanət veririk. 90 -240 kilovat-saatlıq sürətli TOK DC stansiyalarımız avtomobilinizi qısa müddətdə şarj etməyə imkan yaradacaq. TOK AC stansiyalarımız 7 - 22 kilovat-saat gücündədir və avtomobilinizin gündəlik enerji doldurma ehtiyacını tam olaraq qarşılayacaq.