О компании
“Vindex Legal” hüquq şirkəti olaraq maliyyə institutları, bank olmayan kredit təşkilatları və korporativ müştərilər üçün problemli kredit portfellərinin idarə olunması, hüquqi müşayiəti və borcların effektiv geri qaytarılması sahəsində peşəkar xidmətlər təqdim edirik.
Şirkətimiz uzunmüddətli praktiki təcrübəyə, ixtisaslaşmış hüquqşünas heyətinə və borclularla effektiv kommunikasiya mexanizmlərinə malik olmaqla problemli portfellərin həm məhkəməyədək, həm də məhkəmə mərhələsində operativ və nəticəyönümlü idarə edilməsini təmin edir.