О компании
VIPLIFE şirkəti "VIPLINE" olaraq şəbəkəli marketinq əsaslarında yaradılan ilk yerli şirkət kimi 2000-ci ildə öz fəaliyyətinə başlamışdır. O, kosmetika, ev ləvazimatları, ev tekstili, geyim, ayaqqabı, aksessuarlar sahələrində dünyada tanınmış 50-dən çox ən qabaqcıl fabriklərin rəsmi distribyutoru kimi çıxış edirdi.
2018-ci ildə
VIPLINE şirkətinin rebrendinqi baş verdi – şirkət VIPLIFE adlanmağa başladı və onlayn-sistemə keçdi. Bu gün arzuolunan məhsulları sifariş etmək üçün kompüter və ya mobil telefonun və internetin mövcudluğu kifayətdir.
İnnovativ satış metodu. Məhsulları ev şənliklərində, qonaqlıqlarda, şəxsi görüşlərdə satmaq yerinə biz yeni metodları sınaqdan keçirmək qərarına gəldik. Şirkətin ilk kataloqu çapdan çıxdı, satışlar onun vasitəsilə həyata keçirilməyə başladı.
2019-cu ildə VIPLIFE şirkətinin SOS adlı ilk məhsul seriyası işıq üzü gördü. Bu seriya üz üçün kremlərdən, maskalardan və gellərdən, saç şampunları və balzamlardan ibarətdir. Bütün vasitələr təbii komponentlər əsasında işlənib hazırlanmışdır. Eyni zamanda şirkətinin təsisçiləri heyvanlar üzərində sınaqların keçirilməsindən imtina etmişdilər.
2020-ci ildə VIPLIFE şirkətinin DR. SONA adlı ikinci məhsul seriyası işıq üzü gördü.
Eyni zamanda bu illər ərzində bir çox gözəl tədbirlər keçirilmiş ("İlk Bahar" seminarı, "Direktorlar görüşü 2019", "Direktorlar Konfransı - 2020/21/…", Avtoproqram layihəsi və s.), bir çox mükafatlar verilmişdir.
Hazırda VIPLIFE şirkətinin özünə məxsus bir neçə brendi (VIP LIFE, LINEA&Organica, Ecohome, Dr.S.Sona, Botanical Extracts və s.), Respublikamız üzrə 106 ofisi, rəsmi saytı (viplife.az), sosial şəbəkələrdə rəsmi səhifələri və akkauntları, inkişaf etmək və etdirmək, böyümək və böyütmək üçün gözəl potensialı, sıralarına qoşulan hər kəsə verilən misilsiz dəstək və zəngin imkanları vardır.
Eyni zamanda VIPLIFE Türkiyə, Rusiya, Belarus və digər ölkələrin tanınmış brendlərinin ölkəmizdə rəsmi distribütorudur.