About company

Hər bir böyük biznes hekayəsi kimi bizim hekayəmiz də müştəridən, yəni səndən başlayır. Sənin istək və ehtiyacların bizim üçün çox vacibdir. Əsas məqsədimiz ən yaxşı xidmət göstərməklə səni sevindirmək və büdcənə, istəyinə uyğun, düzgün məhsul seçimi etməkdə sənə yardımçı olmaqdır. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik.
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri kimi səni sevindirmək üçün nələr edirik?

Sevilən brendləri sənə daha yaxın gətiririk:Biz Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Black & Olufsen, Karcher, H  Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, Dyson, Toshiba, Electrolux, WHAL, Black&Decker, Hoffmann kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru,  Apple brendinin isə rəsmi satış mərkəziyik.
Brend portfoliomuz durmadan böyüyür, odur ki, sevdiyin dünya brendlərinin məhsullarını rahatlıqla Kontakt Home mağazalarından əldə edə bilərsən.