About company
Adv Production şirkəti Azərbaycanın ən böyük açıq məkan reklam operatorlarından biridir. Şirkət mərkəzi ofisi Bakıda, digər bir ofisi Abşeron rayonu ərazisində olan geniş bir şəbəkəyə malikdir.
Komandamız 2001-ci ildən etibarən müştərilərinə effektiv reklam kompaniyaları üçün hərtərəfli həllər təklif edir.
Şirkətin reklam posterləri ölkə ərazisində 400-dən çox reklam səthində təqdim olunur. Şirkətimizin daşıyıcılarına klassik statik bilbordlar, roller tipli qurğular, prizmatronlar və rəqəmsal ekranlar daxildir. Adv Production şirkəti öz işinə bazar tələblərinə cavab verən müasir texnologiyaları fəal şəkildə tətbiq edir və bütövlükdə sənayenin inkişafındakı əsas tendensiyaları reallaşdırır.
Açıq məkan reklamı artıq şəhər mühitinin bir hissəsinə çevrilib və şəhərlərlə işləməkdə əsas prinsiplərimizdən biri kimi insanlara diqqətli olmağa üstünlük veririk. ADV Production şirkəti olaraq yenilikləri dayandırmırıq, davamlı olaraq məqsədlərimizi artıraraq daha çox xidmətlər təklif edirik.