Azərbaycan Kardiologiya Cəmiyyəti

İnsan sağlamlığı və sosial xidmətlər
About company

"Azərbaycan Kardiologiya Cəmiyyəti 2009-cu ildə yaradılmışdır və Avropa Kardiologiya Cəmiyyəti-nin həqiqi üzvüdür. Cəmiyyətin əsas məqsədi dünyada kardiologiya sahəsində baş verən yenilikləri və innovasiyaları həkimlər üçün əlçatan etmək, həmçinin ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinin inkişafına töhfə verməkdir.

Cəmiyyət kardioloqları, tədqiqatçıları və digər tibb mütəxəssislərini bir araya gətirən peşəkar təşkilat olaraq fəaliyyət göstərir və aşağıdakı əsas prinsipləri rəhbər tutur:

  • elmi yanaşma və innovasiya
  • peşəkar əməkdaşlıq
  • bilik və təcrübə mübadiləsi
  • tibbi etikaya və beynəlxalq standartlara sadiqlik
  • cəmiyyət sağlamlığının qorunmasına töhfə
  • gənc mütəxəssislərin inkişafına dəstək."