About company
Food City Aqrokompleks beynəlxalq ticarətin həyata keçirildiyi çoxfunksiyalı logistik mərkəzdir. Kompleks logistika şirkətlərinə, brokerlərə, istehsalçılara və treyderlərə ixrac, idxal, tranzit həmçinin reeksport əməliyyatları üzrə geniş çeşidli xidmətlər təqdim edir. Ərazidə qida məhsullarının saxlanması, çeşidlənməsi, qablaşdırılması, eləcə də qida təhlükəsizliyi laboratoriya xidmətləri üzrə fəaliyyət müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilmişdir. Eyni zamanda, fəaliyyətin “bir pəncərə” prinsipi əsasında təşkili çərçivəsində aidiyyəti dövlət qurumlarının daimi iştirakı təmin edilmiş, gömrük və digər prosedurların operativ və şəffaf icrası üçün zəruri infrastruktur formalaşdırılmışdır. Dalan dəmiryolu xətti üzərində həyata keçirilən terminal əməliyyatları ticarət proseslərinin daha səmərəli və çevik təşkilinə imkan verir. Əlavə olaraq, kompleksin ərazisində fəaliyyət göstərən biznes mərkəzi, otel, restoran, yanacaq doldurma məntəqəsi və digər ictimai iaşə obyektləri tərəfdaşlar və qonaqlar üçün funksional, komfortlu və çoxşaxəli xidmət mühiti təmin edir.