Mobilex

Biznes , Media
About company

On ildən artıqdır ki, hər şirkətə individual yanaşaraq onun ehtiyacına uyğun olan və biznesinin inkişafına təkan verəcək proqram təminatı həlləri təklif edirik. Müştərilərimiz üçün prototipləşdirmə, kod işlənməsi, modullaşdırma, vahid testi, performans testi, konfiqurasiya və qüsurların idarə edilməsi və istehsalın tətbiqi daxil olmaqla xüsusi hazırlanmış proqram təminatı həllərini təqdim edirik. Əminliklə qeyd edə bilərik ki, biz biznes proseslərinizin avtomatlaşdırılmasını sürətləndirən hərtərəfli proqram həlləri yaradırıq. Həllərimiz Agile metodologiyasından istifadə etməklə işlənib hazırlandığı üçün biznes məqsədləri və texnologiya tələbləri arasında sinerji yaradır. Eyni zamanda geniş istifadəçi sayına malik SMSRadar xidməti vasitəsi ilə şirkətimiz avtonəqliyyat vasitələri və yol hərəkəti qaydaları pozuntusu haqqında müvafiq məlumatların bir xidmətdə əlçatan olmaqla müştərilərin hər zaman  məlumatlı qalmasını təmin edirik.