İş rejimi və iş vaxtı: 6 günlük iş rejimi, iş saatları 14:00-dan 23:00-dək
Əmək haqqı: 500 manat
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların, bağlamaların çeşidlənməsi;
- Çeşidlənmiş malların, bağlamaların sistemə daxil edilməsi;
- Zədələnmiş bağlamalar üzrə çıxarışın edilməsi və aidiyyəti üzrə məsul şəxsə məlumatın verilməsi;
- Tapşırıqların vaxtında icra edilməsi;
Namizədə tələblər:
- Karqo şirkətində iş təcrübəsinin olması üstünlükdür;
- Yaş məhdudiyyəti: 19-40 arası
- Azərbaycan dilində yaxşı səviyyədə ünsiyyət qabiliyyəti, (rus dili biliyi üstünlükdür);
- Karqo sistemində əməliyyat icrası bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və operativlik kimi müsbət göstəricilərə sahib olmaq;
- Düzgün danışıq bacarığı;
- Pozitiv komandada işləmə bacarığı.
Maraqlananlar CV-lərini elektron poçt ünvanına 05.12.2024-cü il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Anbardar” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.